• AzərbaycanAzərbaycan

Bələdiyyənin 6 aylıq hesabatı


2015-ci ilin ilk 6 ayı ərzində görülən işlərin hesabatı

Sənəd saxtalaşdırılmalarının qarşısını almaq məqsədilə 2015-ci  ildən fəaliyyətə başlayan yeni bələdiyyə tərkibi, yeni möhür tərtib etmiş və bu, 2015-ci ildən fəaliyyətə başlanıldığı dövrdən, bütün sənədlərdə öz əksini tapmışdır. Eyni zamanda bələdiyyə özünün xüsusi blanklarını çap etdirmişdir.

Bələdiyyənin yeni aktiv internet səhifəsi www.nesimibelediyyesi.com, fəaliyyətə başlamışdır. www.nesimibelediyyesi.com bütün ictimai-siyasi  həyatı əhatə eləyən məlumatlarla yanaşı, əsasən bələdiyyə həyatına və sakinlərə lazım olan  bir çox sualların cavabını özündə ehtiva edən bir elektron səhifədir.Bu səhifə vasitəsi ilə qanunvericilikdə baş vermiş hər hansı bir dəyişiklik barədə məlumat almaq mümkündür, ən əsası isə əmlak, torpaq, dayanacaq, mehmanxana vergilərinin ödənilməsi üçün təlimatlar,ödəniş qaydaları,Nəsimi rayonu inzibati ərazisində coğrafi bölgülər üzrəəmsalların tətbiq edildiyi zonalar müəyyənləşdirilmişdir.Bu sayt vasitəsi ilə vergilərin  onlayn ödənişi ilk dəfə olaraq bələdiyyələr arasında Nəsimi Bələdiyyəsində həyata keçirilməyə başlamışdır. Onlayn ödəniş sistemi sakinlərin tam rahatlığını təmin etmək şərti ilə hər hansı bir şəraitdə, hətta xarici ölkələrdə olduqda belə, onlara öz əmlak,torpaq və digər vergilərini ödəmək imkanı verir.Bələdiyyənin öz fəaliyyətini sakinlərin məlumatlandırılması ilə həyata keçirilməsi, yəni, onun şəffaf fəaliyyət göstərməsini təmin etmək məqsədilə bu elektron səhifədə bütün istiqamətlər üzrə görülən işlər tam açıqlanır.Görülən abadlıq işləri, sosial - iqtisadi inkişaf üzrə görülən tədbirlər,  sakinlərin sosial təminatı ilə bağlı məsələlər eləcə də  Xocalı və Qarabağşəhid ailələrinə, Çernobıl əlillərinə,qaçqın və məcburi köçkünlərə,əlillərə və digər sosial imtiyazı olan şəxslərə,təmsil olunduqları təşkilatlarının müraciəti əsasında qrup şəklində yardımlar edilməsi də bu səhifədə  öz əksini tapmışdır.

 

Dilarə Əliyeva küçəsi 243-245; 251-253

- 330 ədəd ağac əkilib;

- 1450 m2  tamet örtüyü yenilənib;

- 1700 m2  qazon salınıb;

- 1020 p/m beton səki bardurlər salınıb;

- 260 p/m su xətləri çəkilib;

 

Cəfər Cabbarlı meydanı (Dəmiryol vağzalı)

- 95 m2  tamet örtüyü yenilənib;

 

Cavadxan küçəsi 3005-ci məhəllə (İstirahət parkı)

Suvarma sistemi nasosları, eləcə də, 75 ədəd 100 Vt-lıq, 65 ədəd 75 Vt-lıq işıqlandırma sistemi ümumi istifadə elektrik dövriyyəsindən ayrılaraq müstəqil sayğacla təmin edilişdir ki, nəticədə artıq gecələr park işıqlandırılmağa başlamış, suvarma işə düşmüşdür.

 

S.Vurğun və Mirqasımov küçələrinin kəsişməsi

S.Vurğun və Mirqasımov küçələrinin kəsişməsində yerləşən inzibati binanın eyvanlarında yeni 100 ədəd dibçək qutusu quraşdırılmış və 500 ədəd dibçəkdə (ətirşah) çiçəklər əkilmişdir.

2015-ci il  7 ayı  ərzində Nəsimi bələdiyyəsinin gördüyü abadlaşma işləri barədə

M Ə L U M A T

 

Məbləğ

Dliyeva küçəsində 243-253 saylı ünvanında abadlaşma işləri

79932-00

Cəfər Cabbarlı heykəlinin ətrafının abadlaşması

2080-00

Nəsimi bələdiyyəsinin inzibati binasının təmiri

12883-90

Parkın işıqlandırılması (Cavadxan küçəsi)

483-34

Cəmi

95379-24

P.S. Ötən ilin müvafiq dövri ilə müqayisədə ( 69989 manat) 136 % artımla həyata keçirilmişdir

     

 

Nəsimi bələdiyyəsinin 2015-ci ilin 6 ayı ərzində etdiyi sosial yardımlar haqqında

M Ə L U M A T

 

 

Məbləğ

Qarabağ Müharibəsi  Əlilləri Veteranları və Şəhid ailələri İB-nin Nəsimi rayon şöbəsi

5 dəfə  x 350

1750-00

Nəsimi rayon veteranlar şurası

5 dəfə x 100

500-00

Xocalı sakinləri

55 nəfər x 50

2750-00

Çernobıl əlilləri

20 nəfər x 20

400-00

Nəsimi rayon əlilləri cəmiyyəti

Orucluq  bayramı ərəfəsində

60 nəfər x 20

1200-00

Sakinlər Fərdi qaydada

21 nəfər

2550-00

CƏMİ

 

9150-00

 P.S  Ötən ilin müvafiq dövrü ilə müqayisədə ( cəmi 5200 manat)  175% artimla həyata keçirilmişdir

 

 




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Omer Studio