• AzərbaycanAzərbaycan

Hesabatlar 2015


Seçicilərimizə xidmət etmək əsas məqsədimizdir-HESABAT

26-01-2016

 

Nəsimi bələdiyyəsi 2015-ci ildə, artıq yeni tərkibdə, formalaşıb fəaliyyətə başlamışdır. Elə bələdiyyənin ilk iclasında növbəti beşillikdə fərqli layihələrlə seçicilərimizin görüşünə gələcəyimizi qərara aldıq. Bu gün gənc, işgüzar kollektivimizlə nəzərdə tutduğumuz işlərin, layihələrin müvəfəqiyyətlə həyata keçirilməsi ondan xəbər verir ki, biz seçicilərimizin etimadini doğruldacağıq. Tətbiq etdiyimiz sosial innovasiyaların və xidmətlərin asanlaşdırılması vasitəsilə bələdiyyə vergidaxilolmalarının səviyyəsi, ötən 2014-cü hesabat ili ilə müqayisədə 142% faiz yerinə yetirilmişdir. Bunun nəticəsində də 2014 ci ilə nisbətən muqayisədə tikinti abadlıq işləri 115%,əhaliyə sosial yardımların səviyyəsi isə 205% təşkil etmişdir. Fəxrlə deyə bilərik ki, bu göstəricilər respublika bələdiyyələri sırasında ən yüksək göstəricilərdən biridir. İşlərimizi bir çox hallarda Nəsimi Rayon İcra Hakimiyyəti ilə uzlaşdırılmış şəkildə həyata keçirir və icra hakmiyyətinin həyata keçirdiyi layihələrdə də fəal iştirak edirik.

İl ərzində həyata keçirdiyimiz layihələrə və gördüyümüz işlərə nəzər yetirək;

Abadlıq, yaşıllaşdırma, yenidənqurma və tikinti sahəsində görülən işlər:

* D.Əliyeva 243-253 ünvanında 0,6 ha ərazidə abadlaşma işləri; o cümlədən, 1020 p/m – bordür daşı dəyişdirilmiş; 1700 kv.m – qazon örtüyü salınmış; 1465 kv.m - tamet daşı döşənmiş; 350 ədəd - həmişəyaşıl ağac əkilmiş; 260 metr - suvarma sistemi su borusu çəkilmiş, o cümlədən 12 ədəd - zibil qutuları quraşdırılmışdır.

* Tbilisi prospektində yol kənarında 210 kv.m sahədə qazon örtüyü yenilənmişdir.

* Cəfər Cabbarlı heykəlinin ətrafında abadlaşma işləri, o cümlədən 95 kv.m – köhnə tamet örtüyü yenisi ilə əvəzlənmişdir, 60 metr – bordür altı betonlanmışdır.

* Cavadxan 3005 ci məhəllədə 130 ədəd gecə işiqlandırma çırağının və eyni zamanda, 2 000 kv.m-dən artıq yaşıl qazon örtüyünün suvarılma sisteminin fasiləli fəaliyyətini təmin etmək məqsədilə, elektrik sayğacları quraşdırılmış və aylıq xidmət haqqlarının ödənilməsini bələdiyyə öz üzərinə götürmüşdür.

* Cavadxan küçəsi 14 ünvanda 1 ədəd 3x4 metr ölçüdə istirahət köşkü quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

* Cavadxan küçəsi 16 ünvanda 2 ədəd 5,5x3,5 metr ölçüdə hər biri 25 yerlik istirahət köşkü quraşdırılmış və istifadəyə verilmişdir.

* Cavadxan küçəsi 18 ünvanda 300 kv.m həyətyanı sahə abadlaşdırılmış,1 ədəd 6x15 metr ölçüdə 110 yerlik yay tipli “Xeyir-Şər” mağarı tikilmiş; binanın

qarşısında yağış sularından əmələ gəlmiş gölməçələrin qurudulması məqsədilə 1 ədəd drenaj sistemi qurulmuş və ümumi kanalizasiya sisteminə qoşulmuşdur.

* 3 mkr. Alı Mustafayev 3 ünvanda 1 ədəd 7x13 metr ölçüdə 120 yerlik “Xeyir-Şər” mağarı, 1 ədəd 3x4 metr ölçüdə 10 nəfərlik istirahət köşkü quraşdırılaraq istifadəyə verilmişdir. Ərazidə yaşlı nəsilin də istirahət etdiyi yerlərdə hər biri 4 nəfərlik olmaq şərtilə, 10-dan artıq oturacaq təmir edilib ilkin vəziətinə gətirilmişdir.

* III mikrorayonda Cavadxan, A.Mustafayev, R.Məmmədov küçələrinin əhatəsində olan ərazidə 350 ədəd həmişəyaşıl ağac əkilmiş, 4 500 ədəd ağacın gövdəsi ağardılmış və kultivatsiya işləri görülmüşdür. Ərazidəki İdman Gimnaziyasının stadionuna məxsus olan istinad divarlarının 200 kv.m-lik sahəsi cari təmir olunmuş və rənglənmişdir.

* Nəsimi bələdiyyəsinin də yerləşdiyi inzibati binada sonuncu mərtəbədə yağış sularından pis vəziyyətə düşən - “Çernobıl Əlilləri” İttifaqı İctimai Birliyi Bakı şəhər Nəsimi və Səbail rayon filiallarının idarə heyətinin bir, Nəsimi bələdiyyəsinin istifadəsində olan altı, həmçinin Nəsimi rayon Veteranlar Şurasına məxsus iki olmaqla -toplamda doqquz otaq əsaslı təmir edilmiş və avadanlıqlarla təchiz olunmuşdur.

İqtisadi inkişaf sahəsində görülən işlər:

* Nəsimi bələdiyyəsinin fəaliyyətinin operativ və düzgün qurulması məqsədi ilə və eləcə də bələdiyyənin vergi uçotunun vahid məlumat bazasının yaradılması üçün kompyuter parkı daha yeni və müasir komyuterlərlə əvəzlənmiş və mərkəzləşdirilmış şəbəkə qurulmuşdur.

* Vergi xidməti işinin effektivləşdirilməsi və vergi ödəyicilərinin vahid məlumat bazasının yaradılmasına yardım meqsədilə bir ədəd avtomobil alınmış, mobil kargüzarlıq avadanlıqları ilə təchiz edilərək istifadəyə verilmişdir.

* “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində H.Əliyev fondunun vitse-prezidenti Leyla Əiyevanın Beynəlxalq Ətraf Mühütün Saflaşdırılması aksiyasına dəstək olaraq, “Ən gözəl Bakı eyvanı” müsabiqəsi elan olunmuş, I,II,III yerlər üçün pul mükafatı müəyyən edilmişdir. Nəsimi rayonu S.Vurğun 112 ünvanda 5 mərtəbəli binanın eyvanlarında 100 ədəd 76x27 sm ölçülü qəliblərdə 500 ədəd gül kolu əkilmiş, 200 ədəd montaj qurğusu vasitəsilə binada quraşdırılmışdır.

 

 

 

Sosial innovasiyalar və vətəndaşlara göstərillən xidmətlərin asanlaşdırılması istiqamətində görülən işlər: - bələdiyyənin yeni aktiv internet səhifəsi www.nesimibelediyyesi.com fəaliyyətə başlamışdır;

- saytımız vasitəsilə, korrupsiya və rüşvətxorluq hallarına yol verilməməsi üçün vergiödəyicilərinin onlara təqdim olunmuş tədiyyə bildirişlərində göstərilən məbləğin düzgünlüyünü yoxlama imkanı əldə edə bilmələri üçün kalkulyator bölməsi və maarifləndirici qanunlar toplusu yaradılmışdır;

- sakinlərin birbaşa müraciəti üçün “ONLİNE” müraciət bölməsi yaradılmışdır;

- vergidaxilolmaların səviyyəsini artırmaq məqsədilə, internet resurslarından geniş istifadə edilən saytımız vasitəsilə “ONLİNE” ödəniş, rerspublikamızda geniş yayılmış stasionar E-manat ödəniş terminallarında bələdiyənin bütün vergi növləri üzrə ödəniş sistemi qurulmuş, həmçinin daşınan post-terminallardan istifadənin tətbiqi həyata keçirilmişdir.

* Sosial innovasiyaların tətbiqi və xidmətlərin asanlaşması təcrübəsini Respublika səviyyəsində Azərbaycan bələdiyyələri içərisində ilk dəfə olaraq tətbiq edən Nəsimi bələdiyyəsi tərəfindən ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda qarşıda duran problemlərin həlli ilə bağlı digər bələdiyyələrlə təcrübə mübadiləsi etmək məqsədilə birgə müzakirələr aparmaq üçün, “Avropa” otelində Milli Məclisin Regional Məsəslələr Komitəsi, Prezident Adminstrasiyası Bələdiyyələrlə İş Sektoru, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliklərinin də qatıldığı geniş tərkibli 200 nəfərlik mətbuat konfransı təşkil olunmuşdur.

* Bələdiyyələrarası Beynəlxalq Münasibətlərin qurulması məqsədilə Türkiyə Respublikası İzmit şəhər Bələdiyyəsi ilə Nəsimi Bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması”protokolu imzalanmışdır.

* Bələdiyyədə “açıq qapı illəri” elan edilmiş və mütəmadi olaraq məhdudiyyətsiz şəkildə bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun təşkili həyata keçirilmişdir. Bələdiyyəyə müraciət edən və sosial yardımla bağlı köməklik göstərilməsini xahiş edən sakinlərlə ayrılıqda söhbət aparılmışdır. Həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hansı əmək fəaliyyətiylə məşğul olmaları üçün istiqamətlər verilmiş və eyni zamanda əlillik və ciddi xəstəliyi olan şəxslər qeydiyyata alınmış və onlara yardımların göstərilməsi həyata keçirilmişdir.

* İl ərzində vətəndaşların ərizə və müraciətlərinə vaxtı-vaxtında baxılması və cavablandırılması da Nəsimi bələdiyyəsinin diqqət mərkəzində olmuşdur. Belə ki, il ərzində Nəsimi bələdiyyəsinə 419 ərizə və müraciət daxil olmuşdur. Mövcud qanunvericilik çərçivəsində ərizə, sorğu və müraciətlər vaxtında cavablandırılmışdır.

 

 

Əhalinin sosial və maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər:

Sosial yardımlara daha çox ehtiyacı olan AR Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, Böyük Vətən Müharibəsi Veteranları, Xocalı soyqırımı şəhidlərinin ailələri, Çernobıl Əlilləri, AR Əlillərlər Cəmiyyətinin üzvləri, AR Qarabağ Qaçqın və Məcburi Köçkün ailələri hər zaman bələdiyyəmizin diqqət mərkəzindədir. Bayramlar zamanı onlara maddi yardımlar olunur, ərzaq məhsulları paylanılır. Qarabağ müharibəsi əlillərinə və Böyük Vətən Müharibəsi Veteranlarına hər ay mütəmadi olaraq maddi yardım göstərilir.

2015-ci hesabat ili ərzində xüsusi qayğıya və diqqətə ehtiyacı olan 164 nəfərə Nəsimi bələdiyyəsi tərəfindən maddi yardım edilmişdir.

Bu isə ötən 2014-cü hesabat ili ilə müqayisədə 205% artıq yerinə yetirilməsi deməkdir.

Vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nomrəsi vasitəsi ilə qaldırılan məsələlər operativ qeydə alınmış və cavablandırılmışdır. Birbaşa bələdiyyəyə müraciət pəncərəsi olan Nəsimi bələdiyyəsinin öz saytı (www.nesimibelediyyesi.com) vasitəsilə bələdiyyə ilə əlaqə saxlanılır, elan olunmuş “qaynar xətt” telefon nomrəsi vasitəsilə hər ay ortalama 30-40 nəfər sakinlə müxtəlif tərkibli suallar, əmlak və torpaq vergisinin hesablanması qaydaları, o cümlədən güzəştlərin tətbiq edilməsi ilə bağlı şərtlər haqqda sorğular cavablandırılır. Hər gün sakinlərin sədrlə, müavinlərlə və komissiya sədrləri olan digər bələdiyyə üzvləri ilə birbaşa görüşü təşkil olunur; sosial-məişət problemlərin həlli ilə bağlı məsələlərin bələdiyyə tərəfindən həlli araşdırılır. Görüşlərdə qanunvericilikdə nəzərdə tutulan normativ sənədlər əsasında güzəştlərə baxılması və bələdiyyənin ümumi iclaslarında müzakirəyə çıxarmaq üçün müvafiq sənədlərin toplanmasını həyata keçirilir. O cümlədən, rayon ictimaiyyəti ilə də sıx əlaqə saxlanılır. Belə ki, 2015-ci ilin oktyabr ayında “Yerli Demokratiya Həftəsi” layihəsi çərçivəsində 20 №-li Poliklinikada, 14, 19, 266 №-li orta məktəblərdə, 16 saylı Uşaq bağçasında kollektivlərlə görüşlərdə bələdiyyənin fəaliyyəti ilə bağlı geniş söhbət aparılmışdır.

***

Bu gün qarşımızda duran məsələlərdən biri bələdiyyənin fəaliyyətinin ictimaiyyətə çatdırılmasıdır. Biz sakinlərlə daim təmasda olmalı və bu görüşlərdə fəaliyyətimizlə bağlı tam şəffaf şəkildə hesabat verməliyik. Hər atdığımız addım, həyata keçirdiyimiz və nəzərdə tutduğumuz layihələrlə bağlı seçicilərimizi məlumatlandırmağı unutmamalıyıq. Biz seçicilərimiz qarşısında götürdüyümüz

öhdəliklərin yerinə yetirməsinə daim çalışmalıyıq. Yuxarıda sadaladığım göstəricilər ondan xəbər verir ki, biz düz yoldayıq. Fəaliyyətimizlə hər zaman Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasi kursu dəstəkləməli və dövlətimizin inkişafı yolunda bələdiyyəmizin də öz payını təmin etməliyik.

Nazim Qaraxanov

Nəsimi bələdiyyəsinin sədri




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Omer Studio