• AzərbaycanAzərbaycan

Nəsimi bələdiyyəsi tərəfindən 2016-cı il ərzində həyata keçirilmiş tədbirlər haqqında hesabat


Nəsimi bələdiyyəsi  tərəfindən 2016-cı il ərzində həyata keçirilmiş tədbirlər haqqında

                                       HESABAT

       Müasir innovativ metodların tətbiqi

Nəsimi bələdiyyəsində Vergi xidməti işinin daha operativ qurulması üçün sosial innovasiyaların tətbiq edilməsi ilə xidmətlərin asanlaşdırılması istiqamətində yeni bir addım atılaraq, nəğdsiz ödənişlərin həyata keçirilməsi üçün  saytın mobil telefon versiyası hazırlanmışdır.

 Qeyri nəğd “Online” ödənişlərin həyata keçirilməsi üçün mini printerlərin istifadəsinə başlanılmışdır.

Yeni innovasiyaların tətbiqi ilə əlaqədar olaraq, MilliÖn, EasyPay, Express, Kassam az, AzerPay özünəxidmət terminalları vasitəsilə vergi ödənişlərinin mümkünlüyü təşkil olunmuşdur.

Vergiödəyiciləri ilə birbaşa əlaqələrin qurulması üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş “Çağrı mərkəzi “ yaradılmışdır.  

Tətbiq etdiyimiz bu yeniliklərin nəticəsidir ki, 2016-cı ilin yekunlarına görə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə  344718 manatdan           26 % artaraq 434764 manat olmuşdur.  2016-cı il üçün dövlət tərəfindən ayrılmış 60 000 manat dotasiya nəzərə alınmaqla, bələdiyyəyə ümumi daxilolmalar  494764  manat təşkil etmişdir.

Bu ilin 12 ayı ərzində cəmi 494121 manat xərclənilmişdir. Bu məbləğin  180771 manatı - əmək haqqı xərclərinə,144515 manatı - təmir və abadlıq işlərinə,31934 manatı –sosial yardımlara,qalan 136901  manatı isə idarənin saxlanılması, iqtisadi inkişafı üçün texniki vəsaitlərin, avadanlıqların alınmasına və  digər xərclərə sərf olunmuşdur.

 

Nəsimi bələdiyyəsi tərəfindən 2016-cı ildə rayon ərazisində aparılmış təmir- abadlıq işləri.

Yanvar-dekabr 2016-cı il ərzində əsaslı təmir-abadlıq işləri ilə bağlı ümumi sayı 557 nəfər olan sakinlərdən 30 kollektiv ərizə daxil olmuş, 2 dövlət müəssisəsi məktubla müraciət etmişdir. Aşağıda göstərilən ünvanlarda əsaslı təmir-abadlıq işləri görülüb başa çatdırılmışdır.

Cavadxan (S.C.Pişəvəri) küçəsi 20A ünvanında yerləşən 5 saylı təcili tibbi yardım stansiyasını əsas magistral yolla birləşdirən məhəllədaxili yolun 310 kv.m hissəsinə asfalt döşənmiş, 62 kv.m istinad divarı bərpa edilərək üzlük daşla örtülmüşdür.

Hüseynbala Əliyev 12, 18 və 22  ünvanlarında ümumi sahəsi 52 kv.m olan 6 ədəd söhbətgah əsaslı təmir olunmuş, 12 ədəd metal konstruksiyalı taxta materialdan oturacaqlar quraşdırılmışdır.

Cavadxan 20,32 və 34  ünvanlarında ümumi sahəsi 28 kv.m olan 3 ədəd  söhbətgah əsaslı təmir edilmiş, 18 ədəd oturacaq quraşdırılmışdır.

Cavadxan 48,48 A,48 B  ünvanlarında ümumi sahəsi 550 kv.m olan əraziyə asfalt döşənmişdir.

Alı Mustafayev  5, 10,11, 14, 15, 17, 17A,21,23,27 və 31 ünvanlarında  ümumi sahəsi 56 kv.m olan 7 ədəd söhbətgah və 18 ədəd oturacaq əsaslı təmir olunmuş, 50 ədəd yeni oturacaq və 3 ədəd yelləncək quraşdırılmışdır.

Suvağı qopmuş 120 kv.m divar səthinə sement məhlulu ilə suvaq çəkilmiş və emulsiya ilə rənglənmişdir.

Cəlil Məmmədquluzadə 101A ünvanında azyaşlı uşaqlar üçün 2 gözlü yelləncək və 2 qülləli “Kiçik Qala” karuseli quraşdırılaraq balacaların istifadəsinə verilmişdir. 3 ədəd ventilyasiya şaxtasının üst hissəsi təmir olunmuş və uşaqların zövqünü oxşayan rəngli evciklər şəklində boyanmışdır.

Ak. Mirqasımov küçəsi 2 saylı binanın həyətində 380 kv.m sahəyə asfalt salınmış və digər abadlıq işləri görülmüşdür.

Azadlıq prospekti 125 ünvanında sahəsi 38 kv.m olan, taxta materiallardan 8 guşəli söhbətgah tikilmiş,130 kv.m sahəyə örtük tava döşənmiş, 45 m səki daşları yenilənmişdir. Azyaşlılar üçün 2 oturacaqlı 1 ədəd evcik formasında yelləncək quraşdırılmış, 4 ədəd oturacaq əsaslı şəkildə təmir olunub sakinlərin istifadəsinə verilmişdir.

Feyzulla Qasımzadə 9  ünvanında sahəsi 30 kv.m olan söhbətgah tikilmiş, döşəməsi örtük tava daşla örtülmüşdür. Həyətin 166 kv.m sahəsinə tamet daşlar döşənmişdir və 36 m səki daşları bərkidilmişdir. Yaşıllıq sahəsi 15 kv.m artırılmış və ağaclar əkilmişdir.

Abbas Səhhət 14  ünvanında uşaqların istirahət etmələri üçün günlüklə təmin olunmuş 30 kv.m ərazidə stol-stul dəsti olan və oturacaqlarla əhatə olunmuş uşaq meydançası yaradılmışdır.Bundan başqa 3 oturacaqlı yelləncək və digər əyləncə vasitələri də azyaşlıların istifadəisinə verilmişdir.

Akad.Mirqsımov 10 ünvanında 2 ədəd söhbətgah əsaslı təmir olunmuş,8 ədəd yeni metal konstruksiyalı taxta materialdan oturacaqlar quraşdırılmışdır.İdman qurğuları.yağlı boya ilə rənglənmişdir.

Hüseyn Seyidzadə 5 ünvanında yağış sularının axıdılması məqsədilə 3 ədəd kanalizasiya quyusu əsaslı təmir olunmuş,sahəsi 30 kv.m olan istinad divarı hörünmüş,130 p/m üzlük daşları döşənmiş,həyətyanı sahə dəmirbarmaqlıqlı hasarla əhatə olunmuş,divarlar emulsiya məhlulu ilə rənglənmişdir.Bundan başqa 5 əd oturacaq,1 əd. İki oturacaqlı yelləncək quraşdırılmış, 36 p/m səki daşları bərkidilmiş, 9 kv.m tava daşlar döşənmiş və 580 kv.m sahəyə asfalt salınmışdır.

Bütün bu işlərin görülməsinə 144515 manat vəsait xərclənilmişdir ki, bu da 2015-ci ilin 12 ayı ərzində təmir-abadlıq işlərinə sərf olunan 128645 manat vəsaitdən         

15870 manat çox olmuşdur.

Əhalinin sosial və maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər:

Hər zaman olduğu kimi, ilboyu da sosial yardımlara daha çox ehtiyacı olan  Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, Böyük Vətən Müharibəsi Veteranları, Xocalı soyqırımı şəhidlərinin ailələri, Çernobıl Əlilləri, Əlillərlər Cəmiyyətinin üzvləri, Qarabağ Qaçqın və Məcburi Köçkün ailələri Bələdiyyəmizin diqqət mərkəzində saxlanılmışdır.

Bayramlar öncəsi onlara maddi yardımlar olunur, ərzaq məhsulları paylanılır.  Qarabağ müharibəsi əlillərinə və Böyük Vətən Müharibəsi Veteranlarına hər ay mütəmadi olaraq maddi yardım göstərilir. İl ərzində xüsusi qayğıya və diqqətə ehtiyacı olan      nəfərə Nəsimi bələdiyyəsi tərəfindən maddi və ərzaq yardımı edilmişdir.

 Beləliklə,sosial yardimlara ayrılan məbləğ 2015-ci ildə 15200 manat olmuşdursa, 2016-cı ildə isə həmin məqsədlər üçün ayrılan  məbləğ 2 dəfə artaraq,  yuxarıda göstərildiyi  kimi 31934 manat təşkil  etmişdir.

         Bələdiyyədə “açıq qapı günləri” ənənəvi şəkildə davam etdirilmişdir. Mütəmadi olaraq məhdudiyyətsiz şəkildə bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun  təşkili həyata keçirilir. Bələdiyyəyə müraciət edən və sosial yardımla bağlı köməklik göstərilməsini xahiş edən sakinlərlə ayrılıqda söhbətlər aparılır. Həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hansı əmək fəaliyyəti ilə məşğul olmaları üçün məsləhətlər verilir və eyni zamanda  əlilliyi və ciddi xəstəliyi olan şəxslər qeydiyyata alınır və onlara yardımların göstərilməsi həyata keçirilir.                              Vətəndaşlarla operativ əlaqələrin qurulması məqsədilə “qaynar xətt” telefon nomrəsi vasitəsilə qaldırılan məsələlər operativ qeydə alınır və  sorğular cavablandırılır. Bələdiyyəyə birbaşa müraciət pəncərəsi olan Nəsimi bələdiyyəsinin öz saytı (www.nesimibelediyyesi.com) vasitəsilə bələdiyyə ilə əlaqə saxlanılır, elan olunmuş “qaynar xətt” telefon nomrəsi vasitəsilə sakinlərin  müxtəlif mövzuda sualları cavablandırılır, əmlak və torpaq vergisinin hesablanması qaydaları, o cümlədən güzəştlərin tətbiq edilməsi ilə bağlı şərtlər haqında izahat işləri aparılır. Vergiödəyicilərini ödənişlərə cəlb etmək istiqamətində maarifləndirmə işləri görülür.  Hər gün sakinlərin sədrlə, müavinlərlə və komissiya sədrləri olan digər bələdiyyə üzvləri ilə birbaşa görüşləri təşkil olunur,onların sosial-məişət problemləri ilə bağlı məsələlərin həlli yolları araşdırılır.

2016-cı il ərzində də vətəndaşların ərizə və müraciətlərinə vaxtlı-vaxtında baxılması və cavablandırılması  Nəsimi bələdiyyəsinin diqqət mərkəzində olmuşdur. Belə ki, bu müddət ərzində Nəsimi bələdiyyəsinə ümumilikdə 772 müraciət daxil olmuşdur.  Mövcud qanunvericilik çərçivəsində ərizə, sorğu və müraciətlər vaxtında cavablandırılmışdır.

         Bələdiyyənin gördüyü işlər barədə və həyata keçiriləcək digər tədbirlər haqqında məlumatlar  www.nesimibelediyyesi.com internet səhifəmizdə vaxtaşırı yenilənir.

 

 

  Nəsimi bələdiyyəsinin sədri                                          Nazim Qaraxanov




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Omer Studio