• İzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəriİzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəri
  • Bələdiyyə vergiləri və ödənişləri artıq e-manatdaBələdiyyə vergiləri və ödənişləri artıq e-manatda
  • AzərbaycanAzərbaycan

“Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda dəyirmi masa keçiriləcək-ANONS


Nəsimi bələdiyyəsinin təşkilatçılığı və “Bələdiyyə həyatı” qəzeti təşəbbüsü ilə "Avropa" otelində  sentyabr ayının 2-də saat 11:00-a da   “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları”  mövzusunda dəyirmi masa keçiriləcək.

Dəyirmi masanın keçirilməsində  əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevin fərmanından sonra əmlak vergisinin yığımıyla bağlı Vergi məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir mübadiləsi etmək,  bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək, habelə təcrübə mübadiləsi etmək və mövcud problemlərdən çıxış yollarını müəyyən etməkdir.

Tədbirə Milli Məclis üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, rəsmi  dövlət qurumlarının nümayəndələri, o cümlədən  Vergilər Nazirliyinın, Bakı Şəhər İcra Hakimiyyətinin və bu struktura aid orqanların, Əmlak Komitəsinin, Statistika Komitəsinin, bank sektorunun, “Azərpoct” İB-nın, Bakı bələdiyyələrinin, habelə  KİV təmsilçiləri dəvətlidirlər.

Qeyd edək ki, bu “Bələdiyyə həyatı” qəzetinin təşəbbüsü ilə keçirilən ikinci  dəyirmi masadır. Hər ay ənənəvi olaraq  keçirilməsi nəzərdə tutulan tədbirdə bələdiyyə sistemində baş verən yeniliklər və problemlərin həlli yolları müzakirə ediləcəkdir.

Vətəndaş cəmiyyəti və media nümyəndələri tədbirə dəvətlidirlər.

 

P.S. TƏDBİRİN VAXTI VƏ KEÇİRİLDİYİ YER DƏYİŞİB.




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Wind Media