• İzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəriİzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəri
  • Bələdiyyə vergiləri və ödənişləri artıq e-manatdaBələdiyyə vergiləri və ödənişləri artıq e-manatda
  • AzərbaycanAzərbaycan

“Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçirilib


“Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçirilib. Seminar mətbuatda çox geniş yer alıb.

 

 Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, “Bələdiyyə həyatı” qəzetinin  və  Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkialtının     (GİZ) təşkilatçılığı ilə “Avropa” otelinin “Balroom” zalında sentybar ayının 02-də “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları”  mövzusunda seminar keçirildi. 

Qeyd edək ki, seminarın  keçirilməsində  əsas məqsəd prezident fərmanından sonra əmlak vergisinin yığımıyla bağlı Vergi məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir mübadiləsi etmək,  bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək, təcrübə mübadiləsi və mövcud problemlərdən çıxış yollarını müəyyən etməkdir.

Milli Məclis üzvlərinin, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, rəsmi  dövlət qurumların nümayəndələri, o cümlədən  Vergilər Nazirliyinın, Statistika Komitəsinin,  “Azərpoct” İB-nın, Bakı bələdiyyələrinin, habelə vətəndaş cəmiyyəti və KİV təmsilçilərinın də qatıldığı tədbiri giriş sözüylə açan Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə Azərbaycanda əksmərkəzləşdirmə siyasətinin və yerli özünüidarəetmənin təkmilləşdirilməsinin başlıca istiqamətlərinə toxunaraq   bələdiyyələrin  cənab prezident İlham Əliyevin may ayındakı sərt tənqidindən tədricən nəticə çıxardıqlarını dilə gətridi.

M.Səlimzadə çıxışında qeyd edib ki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir.  Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı və onların  sürətlə həllinə çalışmaq lazımdır. Bu problemlərdən biri də bələdiyyələrin əmlak vergisylə bağlıdır. Qeyd edilməlidir ki, bu istiqamətdə müntəzəm olaraq addımlar atılır və yeniliklər tətbiq edilir  və təcrübə qazanılır. Nəsimi bələdiyyəsinin qazandığı təcrübə, tətbiq etdiyi yenilik əmlak vergisinin yığımında bu sahədə mövcud olan problemlər həllində çıxış yollarından biri kimi qəbul etmək olar.

“Yerli vergilərin yığımında yeni qanunvericilik bazası təşkil olunmalı və bələdiyyələrin fəaliyyətinə hər hansı müdaxilələrə yol verilməməli və bələdiyyələr öz büdcələrindən səmərəli şəkildə istifadə etməlidirlər.

Bununla əlaqədar yerli özünüidarəetmənin inkişafı üçün məsuliyyət daşıyan mərkəzi orqanın yaradılması məqsədəuyğun olardı. Bu orqan əksmərkəzləşdirmə və yerli özünüidarəetmə üzrə zəruri qanunvericilik və normativ aktların, yerli büdcələrin, regional inkişaf planlarının, ixtisaslı kadrların hazırlanmasında zəruri hüquqi, məsləhət və texniki yardım göstərməyə, yerli idarəetmə orqanlarının maraqlarını müdafiə etməyə imkan verən səlahiyyətlərin verilməsi məqsədəuyğun olardı. Bu baxımdan, belə bir orqanın regionların və bütövlükdə dövlətin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıdığını qeyd etmək lazımdır.”

Təbdirdə Nəsimi bələdiyyyəsinin sədri Nazim Qaraxanovun “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yollari”  mövzusunda çıxışı dinlənildi.

Çıxışında bələdiyyə sədri əmlak verginin yığımında bələdiyyənin  qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. Sədrin sözlərinə görə, ilk olaraq bələdiyyənin internet resursu təkmilləşdirilmiş və əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilmişdir.” Bu gün artıq bələdiyyəmiz nəğdsiz ödəmədə ilk olaraq onlayn ödəməyə keçidi reallaşdırıb. Bundan əlavə E-manat sistemində ilk olaraq Nəsimi bələdiyyəsinin ödənişini həyata keçirmək mümkün olacaqdır. Qeyd edək ki, bütün bunlar bələdiyyənin daxili imkanları hesabına mümkün olub.”

Çıxışının sonunda sədr təkliflə çıxş edib. Təklifin əsas məqsədi sənədsiz mənzil sahiblərini vergiyə cəlb edilməsidir. Bələdiyyə sədrinin təklifinə görə, “vətəndaşlar onların xüsusi mülkiyyətində və ya istifadəsində olan mənzillərə görə” vergi ödəməlıdirlər. Maddəyə bu fikrin salınması bələdiyyələrin büdcə gəlirlərin xeyli təsiri olacaqdır.

Tədbirdə mövzu ətrafında Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclis  üzvləri, bələdiyyə sədrləri, QHT təmsilçiləri çıxış edərək digər bələdiyyələrin bu sistemi tətbiq etməsini  və bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırmaq məqsədiylə  yerli ğözünidarəetmə strategiyasının hazırlanmaısına ehtiyac olduğunu vurğulayıblar.

Tədbirin sonunda   Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının  (GİZ) təşkilatçılığı ilə işıq üzü görən “Bələdiyyələrin statusu: hüquq və vəzifələri” adlı kitab geniş ictimaiyyətə təqdim edildi.

Tədbir ciddi fikri mübadiləsi ilə başa çatıb




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Wind Media