• İzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəriİzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəri
  • Bələdiyyə vergiləri və ödənişləri artıq e-manatdaBələdiyyə vergiləri və ödənişləri artıq e-manatda
  • AzərbaycanAzərbaycan

İzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəri


Sentyabr ayının 14-16 tarixlərində (Bakı şəhərinin erməni daşnaqlarının da təmsil olunduğu hərbi cinayətkar qüvvələrdən təmizləndiyi tarix məxsus olaraq seçilmişdir) İzmit şəhər bələdiyyə başkanı Nevzat Doğanın rəhbərlik etdiyi 8 nəfərdən ibarət heyyət Nəsimi bələdiyyəsi ilə“Qardaşlaşma Protokolu” imzalamaq məqsədilə Bakı şəhərində olmuşdur.

Sentyabr ayının 15-də Ümummilli lider Heydər Əliyevin, Türk Məzarlığının, Şəhidlər Xiyabanının və Atatürkün heykəli ziyarət edilmiş və əklil qoyulmuşdur. Həmin gün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla görüş keçirildikdən sonra akt zalında Kiv nümayəndələrinin də iştirakı ilə İzmit və Nəsimi bələdiyyələri arasında “Qardaşlaşma Protokolu” imzalanmışdır.

Nahardan sonra saat 17:00-da AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə və heyyəti İzmit və Nəsimi bələdiyyələrinin nümayəndələri ilə görüş keçirmişdir. Burada, gələcəkdə Nəsimi bələdiyyəsində bir sıra pilot layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Sentyabr ayının 16-da saat 11:30-da AR Milli Məclisi Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin rəhbərliyi altında komitədə təmsil olunan digər millət vəkillərinin də iştirakı ilə görüş keçirilmişdir. Görüşdə hər iki ölkənin dövlət başçıları tərəfindən yürüdülən, Türkiyə və Azərbaycan respublikaları arasında olan dostluq, qardaşlıq və bütün sahələri əhatə edən strateji əməkdaşlıq siyasətinin daha da gücləndirilməsi üçün əlaqələrin daha da aşağılardan, bir başa sakinlərlə, vətəndaşlarla təmasda ola bilən bələdiyyə quruluşları tərəfindən də düzgün həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Milllət vəkili Arif Rəhimzadə Nəsimi və İzmit bələdiyyələrinin qardaşlaşmasının sözdə deyil, əməldə həyata keçirilməsinin, hər iki ölkə vətəndaşlarıının sosial, maddi rifah halının durmadan yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətinin yerlərdə icra edilməsinin bir nümunəsinə çevrilməsini tövsiyyə etmişdir. 




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Wind Media