• İzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəriİzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəri
  • Bələdiyyə vergiləri və ödənişləri artıq e-manatdaBələdiyyə vergiləri və ödənişləri artıq e-manatda
  • AzərbaycanAzərbaycan

NƏSİMİ BƏLƏDİYYƏSİ MÜSABİQƏYƏ DƏVƏT EDİR


Mənzil fondunun effektiv idarə olunması məqsədilə Nəsimi Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmənzilli binaların idarə olunması üzrə müsabiqə elan edilir.                                

         Müsabiqə 3 lot üzrə keçirilir:

         Lot 1–Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, 125 ünvanında yerləşən çoxmənzilli binanın idarə olunması;

         Lot 2–Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 59/61 ünvanında yerləşən çoxmənzilli binanın idarə olunması;

         Lot 3–Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr-ti, 44"a" ünvanında yerləşən çoxmənzilli binanın idarə olunması;

          Müsabiqədə iştirak etmək istəyənlər, lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra, tərtib olunmuş müsabiqə sənədləri toplusu ilə  Bakı, Səməd Vurğun küçəsi, 112 (Əlaqələndirici şəxs: Əli Mahmudov, telefon: (+994 12) 441 64 53) ünvanından ala bilərlər.

         İştirak haqqı:

Lot 1 – 75 manat

Lot 2 – 75 manat

Lot 3 – 75 manat

 

Hesab :     AZ26AIIB33080019441100302111                                                                                        

VÖEN :     1400109541

Bank :     “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kodu :      200112

VÖEN :     9900003611

M/H :     AZ37NABZ01350100000000001944

S.W.I.F.T. : AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

         İddiaçılar müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.     Müsabiqədə iştirak etmək üçün ərizə;

2.     Müsabiqədə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.     İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması;

4.     İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəldilmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılması barədə arayış;

5.     İddiaçının başa çatmış sonuncu hesabat dövrü üçün mühasibat hesablarına əsasən aktivlərinin balans dəyərinin 25 faizindən artıq miqdarda vergi və digər icbari ödənişlərə görə borcunun olmaması barədə müvafiq vergi orqanından arayış;

6.     İddiaçının başa çatmış sonuncu hesabat dövrü üçün mühasibat hesabatlarına əsasən aktivlərinin balans dəyərinin 70 faizindən artıq miqdarda kreditor borcunun olmaması barədə aryış;

7.     İddiaçının müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

8.     Fərdi sahibkar olan iddiaçının və hüquqi şəxs olan iddiaçının rəhbərinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğunun olmaması barədə DİN-nin MM-dən arayış;

 

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çoxmənzilli binaların idarəedici təşkilatının seçilməsı üzrə açıq müsabiqə keçirilməsi Qaydaları” haqqında 01.06.2010-cu il tarixli 128 saylı Qərarına uyğun keçiriləcəkdir.

İddiaçılar müsabiqədə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (müsabiqə təklifi istisna olmaqla) 24.12.2016-cı il saat 18-00-dək təqdim etməlidirlər.

 

 

Müsabiqə təklifi isə şəffaf olmayan zərfə qoyulub möhürlənmiş vəziyyətdə 28.12.2016-ci il tarixdə saat 18-00 kimi Bakı şəhəri, S.Vurğun küçəsi, 112 ünvanında Nəsimi Bələdiyyəsinə təqdim olunmalıdır. 




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Wind Media