• AzərbaycanAzərbaycan

"Azərbaycanda Yerli Demokratiya"çərçivəsində Nəsimi Bələdiyyəsi tərəfindən keçirilən tədbirlər


16.10.2018 tarixində Bakı şəhəri 54 saylı məktəbdə “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində Bələdiyyənin təşkil etdiyi tədbir keçirilmişdir.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Gülarə Verdiyeva , Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov,  54 saylı məktəbin rəhbər üzvləri və kollektivi, eyni zamanda Nəsimi rayon ərazisində yerləşən digər idarə və təşkilatların nümayəndələri və Nəsimi rayon sakinləri iştirak etmişdir.Tədbirin  keçirilməsinin əsas məqsədi  vətəndaşların bələdiyyə haqqında maarifləndirilməsi və qarşılıqlı öhdəliklərin müəyyən olunması yollarının genişləndirilməsidir.

    Tədbirin məktəbdə keçirilməsinin əsas məqsədi ondan ibarətdir ki, Bələdiyyələrin fəaliyyəti haqqında ilk olaraq təhsil müəssisələrində müəllim kollektivi və təhsil alan şagirdlərə məlumat vermək və onların bələdiyyə fəaliyyətinin təşkil sistemi haqqında maarifləndirməkdir.

   Tədbirdə çıxış üçün ilk söz Gülarə Verdiyevayaverilmişdir.Gülarə xanım çıxışında Ulu Öndərin xalqımızıncəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti, eləcə də böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf haqqında öz müsbət fikirlərinin qeyd etmişdir. Eyni zamanda Nəsimi Bələdiyyəsinin  yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərin həlli, vətəndaşların müraciətlərinə baxılması və Nəsimi rayon ərazisində bir çox layihələrin həyata keçirilməsində əhəmiyyətli rolu olduğunu bildirmişdir.Həmçinin cənab Prezidentin imzaladığı fərman, qərar və sərəncamlar əsasında bələdiyyə sahəsində böyük irəliləyişlər olmuşdur.

   İclası aparan Nəsimi Bələdiyyəsinin sədri  Nazim Qaraxanov Bələdiyyənin yaranması, tarixi və bələdiyyə haqqında tədbir iştirakçılarına geniş və əhatəli lumat vermişdir. Bələdiyyələrin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yarandığını və  Avropa Demokratiyaİnstitutlarının ən yüksək tələblərinə cavab verəcək səviyyədə olan bu yerli idarəçilik qurumlarının fəaliyyətlərinə hər bir vətəndaşın iştirakını cəlb etməklə dövlətin, hakimiyyətin idarə edilməsində ən demokratik prinsiplərin əsas tutulduğuna istinad edildiyi vurğulanmışdır.Bələdiyyələrin fəaliyyətinin daha da geniş, əhatəli olması, həmçinin bu gün ölkədə  Ümummilli lider Heydər Əliyevin  iqtisadi və siyasi kursunun layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə aparılan sosial-iqtisadi islahatlar prosesində öz yerini alması üçün kifayət qədər böyük qanunvericilik bazası yaranması qeyd edilmişdir.

    Tədbir  zamanı bələdiyyə qulluqçuları və üzvlərinin statusu, onların məsuliyyəti və səlahiyyətləri, bələdiyyə qulluqçularının və üzvlərinin fəaliyyətinin maneəsiz və səmərəli həyata keçirilməsi üçün, vətəndaşların iştirakının təmin edilməsi istiqamətində müzakirələr aparılmışdır.Vətəndaşların rayon ərazisində yaranan bir çox problemlərin həlli üçün aidiyyatı qurumlarla yanaşı bələdiyyələrə də müraciətinin təmin olunması təklif edilmişdir.

 




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Omer Studio