• İzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəriİzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəri
  • Bələdiyyə vergiləri və ödənişləri artıq e-manatdaBələdiyyə vergiləri və ödənişləri artıq e-manatda
  • AzərbaycanAzərbaycan

Bələdiyyə


Bələdiyyələrin statusu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, bu Qanun yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir.

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Yerli özünüidarə anlayışı Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ Qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər.

Maddə 2. Əsas anlayışlar

1. Bələdiyyə - Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. 2. Bələdiyyə orqanları - bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili və başqa orqanlardır. 3. Yerli əhəmiyyətli məsələlər - bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir. 4. Yerli rəy sorğusu - yerli əhəmiyyətli məsələlər barəsində vətəndaşların rəyinin öyrənilməsidir. 5. Bələdİyyə orqanlarının seçkili vəzifəli şəxsi - əhalinin bilavasitə və ya nümayəndəli yerli özünüidarə orqanının öz tərkibindən seçdiyi, bələdiyyənin nizamnaməsinə uyğun yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilmiş vəzifəli şəxsdir. 6. Bələdiyyə orqanların vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi)üzrə işləyən şəxsdir. 7. Bələdiyyə mülkiyyəti - bələdiyyəyə mənsub olan bütün növ daşınan və daşınmaz əmlakdır. 8. Yerli vergilər və ödənişlər - ərazisində yaşayan əhalinin rəyi nəzərə alınmaqla bələdiyyənin müstəqil surətdə müəyyənləşdirdiyi vergilər və ödənişlərdir. 9. Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. 10. "Bələdiyyə" və "yerli özünüidarə" - terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfindən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Wind Media