• İzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəriİzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəri
  • Bələdiyyə vergiləri və ödənişləri artıq e-manatdaBələdiyyə vergiləri və ödənişləri artıq e-manatda
  • AzərbaycanAzərbaycan

Əmlak və torpaq vergisinin hesablanmasına dair misallar


Əmlak vergisinin hesablanmasına dair misallar:

Misal 1. Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10500 kv.metr bağ sahəsi vardır. Bağ sahəsinin 10000 kv.metrdən artıq olduğu nəzərə alınaraq torpaq    vergisinin illik məbləği aşağıdakı kimi hesablanır:

 

torpaq sahəsinin 10000 kv.metri üçün 60 manat (10000 x 0,6/100);

torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 6 manat ((10500 - 10000) x 1,2/100);

cəmi: 66 manat (60 + 6).

 

Misal 2. Fiziki şəxsin Bakı şəhərində Azadlıq Prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binada ümumi sahəsi 130 kv.metr olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında həmin yer 3-cü zonaya aid edilmiş və zona əmsalı 1,3 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kv.metrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır:

(130-30) x 0,4 x 1,3 = 52 manat

 

Misal 3. Fiziki şəxsin Bakı şəhərində Əl Oyunları stadionunun yaxınlığında Mikayıl Hüseynov prospektində yerləşən çoxmənzilli binada sahəsi 140 kv.metr olan və Zığ qəsəbəsində sahəsi 60 kv.metr olan yaşayış sahələri vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında Mikayıl Hüseynov prospektində Əl Oyunları stadionunun yaxınlığındakı yer 1-ci zonaya (zona əmsalı 1,5), Zığ qəsəbəsi 11-ci zonaya (zona əmsalı 0,75) aid edilmişdir. Həmin mənzillərə görə əmlak vergisi vergiyə cəlb olunmayan 30 kv.metr nəzərə alınmaqla aşağıdakı kimi hesablanır:

1- ci mənzil üzrə     (140-30) x 0,4 x 1,5 = 66 manat;

2-ci mənzil üzrə    (60-30) x 0,4 x 0,75= 9 manat;

cəmi                       66 + 9 = 75 manat.




MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Wind Media