• İzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəriİzmit bələdiyyəsi nümayəndələrinin Bakı şəhərinə səfəri
  • Bələdiyyə vergiləri və ödənişləri artıq e-manatdaBələdiyyə vergiləri və ödənişləri artıq e-manatda
  • AzərbaycanAzərbaycan


Sədr Qaraxanov Nazim Şamxal oğluna MÜRACİƏT


Sedr Qaraxanov Nazim Şamxal oğlu-1962 ci il noyabr ayının 11-də Gəncə şəhərində ziyalı ailəsində doğulmuşdur.1969-1979-cu illərdə təhsil aldığı 20 №-li orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il əmək fəaliyyətinə başlamışdır.

1980-1985-ci illərdə təhsil aldığı Texniki Universiteti fərqlənmə diplomu ilə bitirib, əmək fəaliyyətini böyük mühəndis vəzifəsində əvvəllər də çalışdığı Quraşdırma və Xüsusi Tikinti Nazirliyində davam etdirmişdir. Səmərələşdirici təkliflərinə görə Nazirlik Tərəfindən iki dəfə mükafata layiq görülmüşdür. Daha sonra “Bakı Metopolitenində”Elektrik Təhcizat Xidmətində mühəndis vəzifəsinə keçmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra biznes fəaliyyəti ilə məşğul olaraq ölkəyə ərzaq məhsullarının və tikinti materiallarının daşınması məqsədiilə Həştərxan, Alma-Ata, Semipalatinsk və Kiyev şəhərlərində çalışmışdır.

1997-1999-cu illərdə AR Xarici işlər Nazirliyində idarə rəisi,

2002-2005-ci illərdə Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsnde idarə rəisi vəzifəsində çalışmışdır.

2005-ci ildə Gəncə Şəhər 40 saylı Dairə seçki komisiyasında YAP müstəqil namizədi kimi qeydə alınaraq Milli Məclisə seçkilərə qatılmışdır.

2006-cı ildən Dövlət Diaspora Komitəsində idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmis və 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüs və maliyyə dəstəyi, eyni zamanda Dövlət Diaspora komitəsinin xətti ilə RF Taqanroq şəhərində Böyük Vətən müharibəsi illərində qəhrəmancasına həlak olmuş, azərbaycanlılardan ibarət 416-cı atıcı alayın əbədi xatirəsinə, Ümummilli liderimiz H.Əliyevin SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini olarkən ucaltdırdığı “Xatirə Kompleksi“ nin təmir-bərpa işlərinə rəhbərlik etmisdir.

2014-ci ildə keçirilən Bələdiyyə seçkilərində secilmiş 19 nəfər bələdiyyə üzvünün yekdil qərarı ilə Nəsimi Bələdiyyəsinin sədri vəzifəsinde fəaliyyətə başlamışdır. Bələdiyyələrin işində sakinlərə göstərilən xidmətlərin asanlaşdırılması istiqamətində bir neçə səmərələşdirirci təklifin müəllifidir. Belə ki, əmlak və torpaq vergilərinin və eyni zamanda digər rüsum və ödənişlərin icrasınnı rahatlaşdırilması məqsədilə stasionar və daşınan posterminalların və “online” ödəmə sistemlərinin tətbiqinə nail olunmuşdur. Bu təcrübə artıq Respublikanın bir çox bələdiyyələri ilə paylaşılmış və ümumilikdə bələdiyyələrin büdcə vəsaitlərinin xeyli artmasına xidmət etmişdir.

Ailəlidir, üc övladı var.
  Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi - S.Vurğun küç. 112
   
  +99412 441-37-10 (vergilər şöbəsi)
  +994 12 440-85-42 (qəbul)
 

 nesimi.belediyye@mail.ru    

 

 

Adınız:
Telefon:
E-Mail:
Mətn:

MEDİATEKA
Videoqalereya Fotoqalereya Qaynar Xətt
İşğal olunub
Xankəndi26.12.1991
Xocalı26.02.1992
Şuşa08.05.1992
Laçın17.05.1992
Xocavənd02.10.1992
Kəlbɚcər02.04.1993
Ağdərə07.07.1993
Ağdam23.07.1993
Cəbrayıl23.08.1993
Fizuli23.08.1993
Qubadlı31.08.1993
Zəngilan30.10.1993

Azərbaycan Respublikası Nəsimi Bələdiyyəsinin Rəsmi Saytı Created BY Wind Media